Tarixdə bu gün: SSRİ-nin atomu, Aşqabadın çöküşü, almanların köçü
![]()
Tarixdə bu gün hansı hadisələr baş verib?
Rubrika.az oktyabrın 6-da baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1683 — ABŞ-a köç edən ilk alman mühacirlər Filadelfiya şəhərində məskunlaşıb.
1908 — Krit adası Osmanlı İmperiyasından ayrılaraq Yunanıstana birləşdiyini elan edib.
1914 — Norveç səyyahı Tur Heyerdal anadan olub.
1927 — Uorner qardaşları Nyu-Yorkda ilk səsli filmin təqdimatını keçiriblər.
1948 — Aşqabadda baş verən 9-10 ballıq zəlzələ nəticəsində şəhər bütünlüklə dağılmış, təxminən 150 min insan həlak olub.
1951 — Stalin SSRİ-nin atom silahına malik olduğunu bəyan edib.
1973 — Ərəb-İsrail müharibəsi başlayıb.
Rubrika.Az
Facebook-da paylaş







