İran parlamentinin spikeri koronavirusa yoluxub
![]()
İran parlametinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Rubrika.Az xəbər verir ki, bu barədə parlamentin sədri "İSNA" agentliyinə bildirib.
B.Qalibaf deyib: "Mənim apparatımın əməkdaşlarından biri koronavirusa yoluxub. Gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi müsbətdir".
Bildirilir ki, B.Qalibaf hazırda karantindədir, lakin vəzifəsini icra etməyə davam edəcəyinə ümid edir.
Rubrika.Az
Facebook-da paylaş








