Gürcüstanda bəzi məhdudiyyətlər qüvvədə saxlanılıb
![]()
Gürcüstanda teatr və kinoteatrların fəaliyyətinin bərpası yenidən təxirə salınıb.
Bu barədə Gürcüstan hökumət qərar qəbul edib.
Bildirilib ki, teatr və kinoteatrların açılması barədə qərar epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.
Qeyd edək ki, qonşu ölkədə mədəniyyət ocaqlarının fəaliyyətinə noyabrın 1-dən icazə veriləcəyi gözlənilirdi. Bundan öncə kinoteatrların sentyabrın 15-də, teatrların isə oktyabrın 1-də açılmasına qərar verilmişdi.(report.az)
Rubrika.az
Facebook-da paylaş










