Boşanmaq üzrə olduğu arvadını və oğlunu öldürüb intihar etdi
![]()
Türkiyənin Kocaəli bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.
“Haber Global” xəbər verir ki, hadisə zamanı kişi boşanmaq üzrə olan arvadını və oğlunu ov tüfəngindən açdığı atəşlə öldürüb.
Velsəl Özkan adlı şəxs daha sonra intihar edib.
Məlumatlara görə, 54 yaşlı kişi ilə arvadı, 44 yaşlı Serap Özkan arasında mübahisə düşüb. Mübahisə Serapın atasının evində baş verib. Mübahisə qısa zamanda davaya çevrilib.
Qəzəblənən V.Özkan arvadını və 26 yaşlı oğlu Suat Özkanı güllələyərək öldürüb. Daha sonra həmin silahdan özünə atəş açıb.
Hadisə yerinə çağırılan polis əməkdaşları hər üç şəxsin cəsədini aşkar ediblər.
Qeyd edilib ki, cütlük boşanmaq ərəfəsində olub. Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Rubrika.az
Facebook-da paylaş













