Gürcüstanda daha 3 759 nəfərdə koronavirus aşkarlanıb, 36 pasiyent ölüb
![]()
Gürcüstanda ötən sutkada koronavirusa 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 574 nəfər sağalıb, 36 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 139 343-ə çatıb. Yoluxan şəxslərin 117 560-ı sağalıb, 1 303-ü isə dünyasını dəyişib.
Hazırda karantində 1 978, stasionar nəzarətdə 6 366 nəfər saxlanılır. 3 708 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.(report.az)
Rubrika.Az
Facebook-da paylaş

















