Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.
Rubrika.Az xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.
Rubrika.Az
Facebook-da paylaş














