Prezident Elman Abdullayevi geri çağırdı - Yeni təyinat
![]()
Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.![]()
Rubrika.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezident başqa bir sərəncamla Elman Abdullayevi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edib.
Rubrika.Az
Facebook-da paylaş








