İrəvan çalxalanır: Paşinyan mühasirədə, polis kordon qurdu - Video
![]()
Bu gün İrəvanda Respublika Meydanında müxalifətin mitinqində iştirak edənlərin bir qismi Daşnaksütyun Partiyasının funksioneri İşxan Saqatelyanın çağırışı ilə hökumət binasını mühasirəyə alıb.
Rubrika.Az teleqraf.com-a istinadən xəbər verir ki, polis əməkdaşları hökumət binasının yaxınlığında bir neçə kordon müdafiə sistemi qurub.
Aksiya iştirakçıları isə hökumət binası qarşısında “Xain Nikol”, “Nikolsuz Ermənistan” şüarları səsləndirib.
İşxan Saqatelyan bəyan edib ki, Paşinyan hökumətinin fəaliyyəti dövlətin əleyhinə yönəlib və belə bir hökumətə ehtiyac yoxdur.
Rubrika.Az
Facebook-da paylaş









