Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirəcək
![]()
ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz məğlubiyyətini etiraf etməkdən imtina edən hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları yanvarın 6-da Konqresin hər iki palatasının səsvermənin nəticələrini rəsmən təsdiq edəndə Vaşinqtonda mitinq keçirəcək.
Rubrika.az “Report”a istinadla xəbər verir ki, bu barədə Amerika lideri cümə günü özünün tvitterdəki səhifəsində bildirib.
"Yanvarın 6-da Vaşinqtonda, saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00-da) böyük etiraz mitinqi keçiriləcək", - dövlət başçısı sosial şəbəkədə yazıb. Ağ Ev rəhbəri əlavə edib ki, tədbirin harada olacağı barədə informasiya veriləcək.
Rubrika.az
Facebook-da paylaş















