Deputat Etibar Əliyev "Space"in rəhbəri Vaqif Mustafayevi biyabır etdi
![]()
Deputat Etibar Əliyevin facebook sosial şəbəkəsində dərc etdiyi statusu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq;
ABUTALIB SƏMƏDOV, FEDR ŞALYAPİN VƏ SÜD İÇƏN FƏHLƏ
Biz tez-tez jurnalistləri savadlı və məntiqli sual verə bilməməyə görə tənqid edirik. İndi “Space”də “Sadə həqiqətlər” adlanan mənasız və məzmunsuz verilişin aparacısı olan bu televiziyanın rəhbəri Vaqif Mustafayevin partiya sədri Abutalıb Səmədova verdiyi sualı Sizlərə təqdim edəcəm. Adam elə bil ki, Özəl ali məktəbdən “Space”-yə praktikaya gəlib və ilk sualını verir: “Abutalıb müəllim siz həyatda çox sakit insansız, amma çox tez özünüzdən çıxırsınız. Bu da xarakteriniz haqqında düzgün təəsurat yaratmaya bilər. Bu barədə sizi görkəmli rus Opera müğənnisi Fedr Şalyapinlə müqayisə edərdim. Şalyapin həyatda çox sakit insan idi. Lakin məşqlərdə dirijor və musiqiçilərlə dalaşırdı. Belə tez təsirlənən həssaslıq psixofiziki xüsusiyyətdir. Lirik şairlərdə olur, o da gətirib intihara çıxarır. Biz belə şairləri intihardan xilas etməliyik. Necə ki, istehsalatda zərərli işlə məşğul olan fəhlələrə süd verirlər. Onları zəhərlənmədən qurtarsınlar.” Bunun bircə adı var. Biabırçılıq! Görün neçə illərdir belə bir adam "Space" adlanan televiziyaya rəhbərlik edir.
Rubrika.Az
Facebook-da paylaş








