Nərgiz Qurbanova Azərbaycanın Polşadakı səfiri təyin olunub

Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Rubrika.Az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə N. Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Rubrika.Az
Facebook-da paylaş












