Salyanda əməliyyat: Vəzifəli şəxs saxlanıldı
![]()
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.
Rubrika.Az
Facebook-da paylaş









