Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi
![]()
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın Tel Rıfat bölgəsində PKK/YPG terrorçularının zərərsizləşdirildiyini bildirib.
Rubrika.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Tel Rıfat bölgəsindən "Fərat Qalxanı” bölgəsindəki Azez rayonuna minaatanlardan atəş açan PKK/YPG-nin 7 terrorçusu zərərsizləşdirilib. Cavab atəşi ilə terrorçuların sığınacaqları məhv edilib.
Rubrika.Az
Facebook-da paylaş











