Ramiz Mehdiyevin məhkəməyə verdiyi deputatlar... - Danışmaq istəməyən də var, üz-üzə gəlməyə hazır olan da

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 üzvünü məhkəmə verib.
AMEA prezidenti məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.
Ramiz Mehdiyev məhkəmə verdiyi deputatların adları açıqlamasa da, akademikin əvvəlki çıxışlarına əsasən onların Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova və Siyavuş Novruzov olduğu ehtimalı çoxdur.
Qeyd edək ki, bu siyahı Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən sonra onun haqqında danışan deputatlarla bağlı yazdığı məqalədə yer alıb. Həmin siyahıda 16 deputatın adı var.
Ehtimal olunur ki, akademik adıçəkilən deputatların birini bağışlayıb. Adı siyahıda yer alan deputat Hikmət Babaoğlu Cebhe.info-ya bu haqda danışmaq istəmədiyini deyib:
“Hələ ortada rəsmi bir məlumat yoxdur. Ona görə də bu haqda danışmaq istəmirəm”.
“Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı da heç bir məhkəmə bildirişi almadığını, amma lazım olarsa, məhkəmədə Ramiz Mehdiyevlə üz-üzə gəlməyə hazır olduğunu deyib.
Rubrika.Az
Facebook-da paylaş












