Samir Şərifov bu qurumun yoxlanılması üçün TAPŞIRIQ VERDİ

Maliyyə Nazirliyi Vidadi Muradovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.
Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti “Azərxalça” ASC-də yoxlamalar aparır. Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun Maliyyə-Təsərrüfat fəaliyyəti yoxlanılır. “Azərxalça” ASC-nın yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin “Azərxalça” ASC-nin əhatə etdiyi bütün müəssisələrdə də bu araşdırmalar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş















