Adil Qeybulladan peyvənd tövsiyəsi: Şayiələrə uymayın!
![]()
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu gün COVID-19 əleyhinə peyvənd olunub.
Rubrika.Az-ın məlumatına görə, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
O, hər kəsi peyvənd olunmağa çağırıb:
"Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə - 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!".
Rubrika.Az
Facebook-da paylaş













