Virusoloq immuniteti azaldan dörd faktoru açıqladı
![]()
İmmunitetin azalmasına dörd amil təsir edir: soyuq, rütubət, güclü külək və pis əhval.
Rubrika.az xəbər verir ki, bunu "360"-a verdiyi müsahibədə Gizli infeksiyaların mikrobiologiyası şöbəsinin müdiri, Qamaleya Mərkəzinin viroloqu Viktor Zuyev deyib.
"Bu dövrdə (yazda və payızda) dörd faktorla qarşılaşırıq: soyuq, rütubət, küləkli hava və ruh halının xoş olmaması. Bu dörd hal immuniteti azaldır. Buna görə soyuqdəymə xəstəlikləri bizi asanlıqla təslim edə bilir”, - virusoloq deyib.
Bundan əvvəl psixoloq, psixiatr Yevgeni Fomin əhval dəyişikliyi baxımından ən təhlükəli fəsillərdən biri hesab edilən yazdan necə xilas olmağın yolunu izah edib. Onun sözlərinə görə, bahar avitaminozu psixoloji vəziyyətə də təsir göstərir. Bu baxımdan D₃ vitamini qəbul etmək və mümkünsə fiziki aktivliyi artırmaq tövsiyə edilir. Həkimin qeyd etdiyi kimi, idman insanın emosional fonunu yaxşılaşdırmağa kömək edir.
Bundan əlavə, psixiatr bahar böhranlarının qarşısını almaq üçün həftə sonu başqa bir şəhərə getməyi və bu şəkildə mənfi düşüncələrdən yayınmağı tövsiyə edir.
Rubrika.az
Facebook-da paylaş












