• Abutalıbovun bu qərarı onu həbsə apara bilər

    Abutalıbovun bu qərarı onu həbsə apara bilər

    Ekspertlər hesab edir ki, Avropadakı dairələr feminizm adı altında aparılan əxlaqsızlığın təbliğatından sonra indi də guya küçə heyvanlarının güllələnməsi “problemini” önə çıxarırlar

    Aprelin 5-də gözlənilmədən, xəbər-ətərsiz, elan olunmadan Bakının Fəvvarələr meydanında bir qrup şəxs toplaşaraq küçə heyvanlarının öldürülməsinə etiraz ediblər. Rubrika.Az-ın “Yeni Müsavat”a istinadən məlumatına görə, “TOPLAN - TI: Güllələnməni dayandır!” adlı aksiyada “küçələrdəki itlərin amansızlıqla öldürülməsi və bu əməllərin cəzasız qalması” dilə gətirilib. Təxminən 5-10 nəfər etirazçı şəhərin mərkəzində “Heyvanlara azadlıq”, “Konvensiyanı icra et”, “Qətliama son”, “Qanunlara riayət et” kimi şüarlar səsləndiriblər. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Onlar iddia edirər ki, yerli icra hakimiyyəti orqanları və Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi adlı qurum tərəfindən küçələrdəki itlər amansızlıqla öldürülür.

    Lakin hiss olunur ki, siyasi şüarlarla aksiyaların effektiv olmadığını anlayan qüvvələr ikinci dərəcəli məsələləri qabartmaqla hansısa gərginlik yaratmağa başlayıblar. Bəzi müşahidəçilərin ehtimalına görə, bu proses xaricdən idarə olunur və “Toplan”a görə toplantının məqsədi Azərbaycanda küçə heyvanları ilə davranışı gözlər önünə sərmək, heyvan hüquqlarının pozulduğunu müvafiq beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır. Ümumiyyətlə, ölkədə qeyri-siyasi protestlərin təşkilinin körükləndiyi göz qabağındadır. Bundan əvvəl feministlərin aksiyaları, indi itlərin öldürülməsi bəhanəsi ilə yürüşlər ölkəyə qeyri-ənənəvi hərəkatların “idxal” olunduğu ehtimallarını irəli sürməyə əsas yaradır.

    Aksiyaçıların şüarları kənardan elə təəssürat yaradır, sanki söhbət küçə itlərindən deyil, adamlardan gedir. Sonra aksiyadan videokadrları dünyaya nümayiş etdirirlər və yaxşı ajiotağa nail olurlar. O da var ki, Azərbaycanda sahibsiz itlərin sayı günü-gündən çoxalır. Bu da insanları vahiməyə salır. Ona görə sahibsiz itlərin xəstəliklərinə qarşı profilaktik tədbirlər aparılır, peyvəndlənirlər. Azərbaycan 2007-ci ildə Ev Heyvanlarının Mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub.

    Fəvvarələr Meydanı"nda "Toplan"tı: Güllələnməni dayandır!" aksiyası keçirilir - YouTube

    Bəs bu cür qeyri-ənənəvi hərəkatlar, aksiyalar kimlərə lazımdır, nəyə hesablanıb? Azərbaycan cəmiyyətinin yadına düşməyən məsələləri əldə şüar edərək şəhərin mərkəzinə çıxmaq, sanki ölkədə bundan ciddi problem yoxmuş kimi şüarlar səsləndirməkdə məqsəd nədir? Bunu edənlər səmimidirlər, yoxsa ortada hansısa dairələrin planları var?

    Ermənistanın bu cəhdi Avropanın da maraqlarına toxunur” -

    Azər Badamov

    Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan öz gücünə torpaqlarını azad edən qalib ölkədir və bu da müəyyən dairələrin xoşuna gəlmir. Onun sözlərinə görə, ölkədə siyasi sabitlik təmin olunub və bəzi xarici dairələrin arzusu sabitliyə xələl gətirmək, Azərbaycanın uğurlarına kölgə salmaqdır: “Onlar araşdırırlar ki, görsünlər hansı sahələrdə bunu etmək olar. Bir az əvvəl feministləri stimullaşdırıb küçəyə çıxarmışdılar və bununla siyasi sabitliyi pozmaq hesablanmışdı. İndi də küçə heyvanları məsələsi ortaya atılır. Bizdə sahibsiz heyvanları öldürmək qanunla qadağandır və mümkün deyil”.

    A.Badamov bildirdi ki, sahibsiz heyvanlar üçün xüsusi qayğı mərkəzi var, İDEA tərəfindən küçə heyvanları sığınacaqlarda bəslənir: “Belə yanaşma olan ölkədə küçə heyvanlarının öldürülməsini söyləmək absurddur və gündəmə gətirilməsi ilə nəyəsə nail olmaq qeyri-mümkündür. Əhali dövlətin bütün sahələr üzrə siyasətini görür”.

    İlqar Məmmədovun “uşaqpulu” ilə bağlı təhqiramiz açıqlamasına sərt reaksiyalar

    AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Azərbaycanda ilk sırada olmayan mövzular süni şəkildə şişirdilir, gündəmə gətirilir, aksiyalarla diqqət cəlb olunur. Onun fikrincə, bu cür mövzulara siyasi partiyalar müraciət etmirlər və cəmiyyətin əksəriyyəti də qaldırılan həmin “problemləri” özü üçün problem hesab etmir: “Feminizm adı altında aparılan əxlaqsızlığın təbliğatı, guya küçə heyvanlarınn güllələnməsi kimi məsələləri önə çıxarmaqla səmimi adamlardan istifadə edən dairələr var. Onlar həm daxildə, həm xaricdədir və kökü Avropaya gedib çıxır. Orta statistik azərbaycanlıdan soruşun, qoy desin ki, küçə itlərinin taleyi onun üçün maraqlıdır, yoxsa pensiya, uşaqpulu...”

    T.Abbaslının sözlərinə görə, həmin xarici dairələrin öz maraqları var, amma bu cür aksiyalar da ajiotaj doğurmur: “Cəmiyyətin həqiqi etirazları deyil, faydasızdır, effektsizdir. O demək deyil ki, küçə hevanlarına qarşı amansız davranışın tərəfdarıyam. Bizim müsəlman kimliyimiz var, heyvanlara işgəncə vermək, amansızlıqla öldürmək olmaz. Ancaq olmayan məsələləri gündəmə gətirməklə təzyiq etmək istəyirlər və bu rıçaqlardan istifadə edirlər. Qərb siyasi dayaqlarını və rıçaqlarını itirib, indi təbiət, heyvan haqları mövzuları ilə hakimiyyətə təzyiq göstərməyə çalışır”.

    Xatırladaq ki, 2014-cü ilin oktyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli qoyulub. 2017-ci ilin 1 mart tarixindən etibarən mərkəz rəsmi fəaliyyətə başlayıb. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, oyun meydançası, yataqxana, konfrans zalı və s. mövcuddur. Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. İtlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnir.

    Rubrika.Az


    Facebook-da paylaş