TƏKZİB
Rubrika.Az saytında 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva haqqında məqalə dərc edilmişdir. Qanunlarımızın aliliyini nəzərə alaraq Yasamal rayon Məhkəməsinin qərarını olduğu kimi dərc edirik:
«Rubrika.Az saytında dərc edilmiş «199 minlik direktor əməliyyatı» — Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə direktor gətirilir» adlı məqalədə Ağayeva Esmira Azər qızı barəsində yazılanlar Ağayeva Esmira Azər qızının şərəf və ləyaqətini ləkələyən məlumat hesab olunmaqla cavabdeh Mahmudov Nicat Məqarif oğlunun üzərinə «Rubrika.Az» (Rublika.Az)saytında aşağıdakı məzmunda təkzib vermək vəzifəsi qoyulsun: — «Mən Mahmudov Nicat Məqarif oğlu bildirirəm ki, «Rubrika.Az» saytında dərc olunmuş «199 minlik direktor əməliyyatı» — Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə direktor gətirilir» adlı məqalədə Ağayeva Esmira Azər qızı barəsində yazılanlar həqiqətə uyğun deyil və onun şərəf və ləyaqətinə xələl gətirdiyimə görə Ağayeva Esmira Azər qızından üzr istəyirəm». Mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul cavabdeh Mahmudov Nicat Məqarif oğlundan iddiaçı Ağayeva Esmira Azər qızının xeyrinə tutulsun.
İddia tələbi qalan hissədə təmin edilməsin.
Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
Facebook-da paylaş







