İki deputatın bir ayıbı: Etibar Əliyevlə Mahir Abbaszadə xalqa qarşı...
![]()
Bizim millət millət vəkili sarıdan heç yarımadı. Bu millət vəkillərindən kimisi xalqa soğan, kimisi az ye, kimisi işdən sonra bənnalıq elə məsləhət gördü, kimisi xalqa “otxod” dedi, kimisi iclas vaxtı katibəsini tumarladı, kimisi feysbuku bağlamağı təklif elədi, kimisi də sosial media hesabında olan dostlarını onun yazdıqlarına reaksiya vermədikləri üçün vicdansız adlandırıb dostluqdan çıxmalarını tələb etdi. Yəni millət vəkilləri seçicisinə, parlamentari kimi fəaliyyətinə diqqət ayırmaqdan başqa hər şey eləyiblər.
Rublika.Az bildirir ki, sonuncu belə çıxışları ilə ad çıxaran deputat Etibar Əliyevlə Mahir Abbaszadə oldular. E.Əliyev feysbukda olan 5000 min dostuna səslənərək, onları yazdıqlarına qarşı laqeydlikdə günahlandırıb “yük” saydı, vicdansız hesab elədi və dostluğunu tərk etmələrin çağırdı.
İndi sosial şəbəkə fəalları deputatı boykot etməklə məşğuldur və onun sözlərini təhqir kimi qiymətləndiriblər. Eyni gündə - mayın 18-də, yəni Laçının işğal olunduğu tarixdə xəbər gəldi ki, bu rayonun deputatı Mahir Abbaszadə ziyafət təşkil edib, yeyib-içib, bayram edib.
Sosial şəbəkə istifadəçiləri deputatı ona görə qınayırlar ki, həm işğal günü, həm də Laçında şəhidin məzarı yaxınlığında qonaqlıq verib, şərab içib. Əlbəttə, dünyəvi ölkədir, heç kəsə spirtli içki qadağası yoxdur. Ama məhz işğal günü və şəhidin qəbrinə yaxın yerdə toy-bayram etməsi ictimai qınaqla qarşılanıb. Kim haqlıdır - buna biz yox, cəmiyyət özü qiymət verəcək. Sadəcə, nə əcaib işlər, açıqlamalar çıxırsa, bizim bu deputatlardan çıxır - sitatın sonu...
Rubrika.Az
Facebook-da paylaş







