Azərbaycanda daha 406 nəfər koronavirusa yoluxub - 11 nəfər vəfat edib
![]()
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
Rubrika.Az
Facebook-da paylaş







