Bu gündən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxıb - EKSKLÜZİV
![]()
Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.
Rubrika.Az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.
Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.
Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.
Rubrika.Az
Facebook-da paylaş















