Oqtay Gülalıyevə niyə əlillik verilmədi? - AÇIQLAMA

Oqtay Gülalıyevə əlillik statusu və müavinətinin verilməsindən imtina edilməsinin səbəbi onun sənədlərinin çox səthi, primitiv və natamam təyin olunması idi.
Rubrika.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova deyib.
O bildirib ki, Oqtay Gülalıyevin əlillik məsələsini Agentlik xüsusi nəzarətə götürüb:
“Bu məsələ dərhal agentlik tərəfindən araşdırılıb və ötən həftədən aktlaşdırılıb. Yəqin ki, bu həftədən ona əlillik dərəcəsi təyin ediləcək”.
Rubrika.az
Facebook-da paylaş












