AVRO-2020: İsveç turnirdə ilk qolunu vurdu - YENİLƏNİR
![]()
İsveç millisinin meydana yeni daxil olmuş futbolçusu Robin Kuaysona qarşı qapıçı Martin Dubravka kobudluq etdi. Emil Foşberi 77-ci dəqiqədə penaltidən fərqləndi – 1:0. Bu, İsveç millisinin turnirdə ilk qoludur.
18:02
İsveç – Slovakiya görüşündə hələ hesab açılmayıb. Matçda ikinci hissə gedir və qolsuz bərabərlik davam edir.
17:01
E qrupunda II tura start verilir.
Oxu.Az xəbər verir ki, İsveç millisi ilk görüşdə qələbə qazanaraq qrup lideri olmuş Slovakiya millisi ilə qarşılaşır.
Görüş Sankt-Peterburqda keçirilir.
İsveç (4-4-2): Ulsen, Lustiq, Lindelöf, Danielson, Auqustinson, Ulson, Ekdal, Sebastian Laşon (kapitan), Foşberi, Beri, İsak
Slovakiya (4-2-3-1): Dubravka, Huboçan, Şkriniar, Şatka, Pekarik, Hroşovski, Kutska, Mak, Hamşik (kapitan), Kostselnik, Duda
Rubrika.az
Facebook-da paylaş











