Abşeron təhsilində Ədalət bərqərar olunmalıdır
![]()
Ədalət təkcə onun adı deyil, həm də iş prinsipidir
Tarixin bütün dövrlərində xalqın tərəqqisinin, millətlər içində öz imzasını təsdiq etməsinin ağırlığı dəyərli aydınların çiyinlərinə düşüb. Təbii ki, bu tərəqqinin yolu məktəbdən, elmdən keçir. Öz ömrünü şam kimi əridərək xalqın inkişaf yoluna işıq saçan müəllimlərin əməyi gələcəyimizi təmin edir. Bu şərəfli missiyanı böyük qürurla daşıyan,müəllim adının ucalığını qoruyan ziyalılarımız həmişə olub və şükürlər olsun ki, bu gün də az deyil. Adını bu dəyərli aydınlarımızın sırasına yazanlar içərisində Ədalət xanım Camalova da var. Müəllim adının müqəddəsliyinə həm də hər bir şagirdinə bəslədiyi ana sevgisini qatan Ədalət xanımın ömür səhifələrində xalqa şərəfli xidmətə uğurladığı minlərlə yetirməsinin uğur səlnaməsi yaşayır.
Ədalət xanım 1988-ci ildən Ulu öndərin millətin gələcəyi adlandırdığı təhsil sahəsində çalışır. Bu uğurlu yolun başlanğıcı Balakın rayonundan başlandı- Ədalət xanım körpə fidanların ilk uğur mələyinə çevrildi. Müəllim adına sonsuz sevgi, xalqa təmənnasız məhəbbət hissi onu zirvədən zirvəyə daşıdı. Şagirdlərinin qazandığı hər bir uğuru öz qələbəsi hesab edən Ədalət xanım beləcə Azərbaycan təhsilinin inkişaf tarixinə öz imzasını atmağı bacarır.
Artıq 10 ildən çoxdur ki, Ə.Camalova Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır. Bəli, o həqiqətən də çalışır, həm də yorulmadan,usanmadan. Rəhbərlik etdiyi məktəbi nəinki rayonda, eləcə də ölkə miqyasında birincilərindən etməyi bacarıb. Hər dərs ilində qazanılan yüksək nəticələr, ali məktəblərə qəbul olunan yüzlərlə məktəb məzunu bu gərgin əməyin, rəhbərlik məharətinin nəticəsidir. Onu tanıyanlardan Ədalət xanım haqqında soruşsanız hamısı çəkinmədən deyəcək: “ O əsl müəllim, həm də qayğıkeş və məsuliyyətli rəhbərdir. Ədalət xanım uğur qazanmağın düsturunu bilir!” . Rəhbərlik etdiyi məktəbdə hər şey təhsilin inkişafına, müəllim və şagirdlərin yüksək səviyyədə fəaliyyətinə hesablanıb. Məktəbdə hər bir şagirdin,müəllimin problemi onun öz qayğısıdır. Ədalət xanım üçün bu təkcə rəhbərlikdən doğan bir məsuliyyət deyil, həm də qayğıkeş bir ana qəlbinin şəfqət hissləridir. Ədalət təkcə onun adı deyil,həm də iş prinsipidir! Təsadüfi deyil ki, uğur səlnamələrinə imzasını atdığı yüzlərlə şagirdi onu təkcə müəllimi kimi yox, həm də qayğıkeş bir ana məhəbbəti ilə sevir. Bu Ədalət xanımın illərlə qazandığı sevginin təzahürüdür.
Ədalət xanım həm də Abşeron rayonunun ictimai-siyasi həyatında fəal iştirak edir. YAP İdarə Heyətinin üzvü kimi tədbirlərdə, keçirilən aksiyalarda ön sıralardadır. Ədalət xanım deyir ki, birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti hər bir qadın üçün stimul olmalıdır. Onun yüksək insani keyfiyyətləri, xalqa xidmətə həsr edilən ömür yolu bizim üçün örnəkdir. Mən bütün fəaliyyətimdə Mehriban xanımı özüm üçün bir məktəb, yoluma işıq saçan mayak hesab edirəm.
“Təhsilə qayğı birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqqət mərkəzində olub.
Mehriban xanım hələ Heydər Əliyev Fondunun prezidenti olduğu dönəmdə 2005-ci ildən Fond tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı cəmiyyətdə böyük rezonans yaradıb.Belə ki, bu layihə çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən yüzlərlə məktəb tikilib və yenidən qurulub, həmçinin uşaq evləri və internat məktəbləri əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib
Bu gün də Azərbaycanda müəllimə diqqət dövlət siyasətinin tərkib hissəsinə çevrilib.”
Ədalət xanım qeyd edir ki, Abşeron rayonu yeganə rayondur ki, onun icra başçısı bir xanımdır. İradə Gülməmmədova Azərbaycanın ən böyük rayonlarından birinə uğurla rəhbərlik edir. Bu gün Abşeron bütün sahələrdə inkişaf edir. İstər iqtisadi sferada, istərsə də elmi-mədəni sahələrdə bir tərəqqi müşahidə olunur. İradə xanım xüsusilə təhsil sahəsinə yüksək diqqət göstərir, öz qayğısını əsirgəmir. Bütün bunlar biz təhsil işçilərini ikiqat məsuliyyətli olmağa, öz işimizi günün tələbləri səviyyəsində qurmağa çağırır.
Ə.Camalovanın yaşadığı müəllim ömrü həm də Azərbaycan təhsilinin inkişaf səlnaməsidir. Onun qazandığı təcrübə, rəhbərlik sahəsində tətbiq etdiyi yeniliklər gənc kadrlar üçün bir məktəbdir. Etiraf edilməlidir ki, bu gün təhsil sahəsində peşəkar,təcrübəli kadrlara ehtiyac çoxdur. Bu mənada Ədalət xanım Azərbaycan təhsilinin ən uğurlu yetirmələrindən biridir.
Son günlər Ə.Camalovanın Abşeron rayon Təhsil Şöbəsinin müdiri təyin olunacağı ilə bağlı məlumatlar verilir. İnanın ki, axır vaxtlar heç bir xəbərə bu qədər sevinməmişik. Abşeron təhsilinə belə bir pedaqoqun, təhsil xadiminin gətirilməsi ən doğru seçim olardı. İnanırıq ki, tezliklə Təhsil nazirliyi bu məlumatları rəsmiləşdirməklə Abşeron təhsilində Ədaləti bərqərar edəcəkdir!
P.S. Nədənsə bəzi saytlarda Ədalət xanım haqqında elə ədalətdən,həqiqətdən uzaq,sifarişli yazılar diqqətimizi çəkdi. İlk cümləsindəncə qərəzli, iftira dolu bu yazılar adamda ancaq ikrah hissi doğurur. Ədalət xanım bir müəllim kimi bütün bu yalan və böhtanlardan ucada durur. Ədalət hissini itirən həmkarlarımıza xatırlatmaq istərdik ki, yalan hələ heç kmiə uğur qazandırmayıb.
Günel Məmmədova
Rubrika.Az
Facebook-da paylaş







