“Delta” ştammı ABŞ-da sürətlə yayılır
![]()
Koronavirusun “Delta” variantı digərlərini sürətlə üstələyərək ABŞ-da dominant olub.
Rubrika.az “Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Son iki həftə ərzində koronavirusa yoluxanların 51,7 faizində delta variantı müəyyən edilib.
Yoluxanların 2,87 faizində alfa, 8,9 faizində isə qamma variantı aşkarlanıb.
Rubrika.az
Facebook-da paylaş









