Azərbaycanda əmioğlular arasında qanlı dava: Ölən var
![]()
Ağdam rayonunda qohumlar arasında mübahisə olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə rayonun Mahrızlı kəndində baş verib.
Qohumlar arasında yaranmış dava zəminində Ülvi Gərayzadə əmisi oğlu Gəray Gərayevə səkkiz bıçaq zərbəsi vurub. O, xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














