Müqəddəs Qurban Bayramınız mübarək olsun!
![]()
Bu gün bütün müsəlman dünyası müqəddəs Qurban bayramını qeyd edir. İslam aləmində xüsusi yeri olan bu bayram həm də yardımlaşma, paylaşma bayramıdır.
Pandemiya şəraiti olmasına baxmayaraq ölkəmizdə Qurban bayramı hər il olduğu kimi böyük coşqu ilə qeyd olunur. Vətən uğrunda qurban gedən şəhidlərin ruhuna dualar oxunur, xatirəsi yad edilir. Bu il uzun fasilədən sonra işğaldan azad olunan torpaqlarımızda da qurbanlar kəsilir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən sonra ilk dəfə qurbanlarımızı könül rahatlığı, ürək açıqlığı ilə kəsirik. Müqəddəs and yerimiz olan şəhidlərin xatirəsi hər zaman baş tacımız, qürur yerimizdir.
Rubrika.Az saytının kollektivi bütün xalqımızı Qurban bayramı münasibətilə təbrik edir, xoşbəxt və sağlam ömür arzulayırıq. Allah qurbanlarımızı qəbul etsin.
Rubrika.Az
Facebook-da paylaş













