Tokio-2020: Azərbaycan taekvondoda medalsız qaldı
![]()
Milad Beiqi Hərçəqani 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionumuz rəqibinə 1:12 hesabı ilə uduzaraq medalsız qalıb.
Bununla da, Azərbaycan taekvondo idman növündə medal qazana bilməyib.
Qeyd edək ki, son Olimpiadada yeganə qızıl medalı taekvondoçu Radik İsayev Azərbaycana qazandırmışdı.
07:57
Azərbaycanlı taekvondoçular Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Bayraqdarlarımızdan biri olan Fəridə Əzizova (-67 kq) ilk görüşündə Peyc Makfersona 5:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Rio Olimpiadasının mükafatçısı Milad Beiqi isə qələbə qazanıb. O, Liu Vey-Tinqə (Tayvan) 15:11 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Rubrika.az
Facebook-da paylaş












