Tokio Olimpiadası: Azərbaycan karateçisi qrup liderinə məğlub oldu - YENİLƏNİR
![]()
Firdovsi Fərzəliyev qrupda üçüncü görüşünü keçirib.
O, qrup lideri Darxan Assadilova (Qazaxıstan) 2:6 hesabı ilə uduzub. Firdovsi qrupda son görüşünü Əli Əl-Saviyə (Misir) qarşı keçirəcək.
08:37
Firdovsi Fərzəliyev qrupda ikinci görüşünü keçirib.
O, sensasiya edərək yapon idmançı Naoto Saqoya 1:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra Firdovsi öz qrupunda iki xalla üçüncüdür. Onun yarımfinala vəsiqə qazanması üçün qrupda minimum ikinci yeri tutması lazımdır.
Rubrika.Az
Facebook-da paylaş











