Rusiyada daha 20 914 nəfər COVID-19-a yoluxub, 799 nəfər ölüb
![]()
Rusiyada son sutkada daha 20 914 nəfər COVID-19-a yoluxub.
Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 663 473 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 799 nəfər artaraq 172 909-ə yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 5 939 037 nəfər sağalıb.
Rubrika.Az
Facebook-da paylaş











