TƏBİB QAZİ AİLƏSİNİ NƏZARƏTƏ GÖTÜRDÜ — RAMİN BAYRAMLIYA TƏŞƏKKÜR EDİRİK
![]()
Dünyada Covid-19-la bağlı vəziyyət hər gün bir az da ciddiləşir. Amansız virusun fəsadları ölkəmizdən də yan keçmir. Delta ştammının yayılmasından sonra aktiv xəstə sayında ciddi artım müşahidə olunur. Ölüm sayı da durmadan artmaqdadır.
Vaksinasiya prosesinin geniş fazada aparılmasına baxmayaraq virusun yayılma arealı genişlənməkdədir. Təbii ki, aktiv xəstə sayının durmadan artması, xəstəxanalara kütləvi axın səhiyyə sisteminin yüklənməsinə, yer çatışmazlığına səbəb olur. Etiraf edilməlidir ki, bütün dünyada olduğu kimi səhiyyənin də imkanları müəyyən çərçivələr daxilindədir. Odur ki, vətəndaş məsuliyyəti, şəxsi gigiyena qaydalarına riayət olunması bu günlərdə olduqca vacibdir.
Pandemiyanin ilk günlərindən Azərbaycanda virusa qarşı effektiv mübarizə aparılmağa başlandı. Amansız düşmənə qarşı ön cəbhədə yer alan səhiyyə işçilərinin fədakarlığı bu bəladan minimum itkilərlə çıxmağa imkan yaradır. Təbii ki, işin düzgün və professional təşkil olunmasının da böyük əhəmiyyəti vardır.
Pandemiya dövründə bu ağır yükü öz üzərinə götürən və indiyə qədər böyük fədakarlıqlar hesabına vətəndaşların sağlamlığının keşiyində dayanan TƏBİB-in fəaliyyəti təqdirəlayiqdir. Yeni yaradılmış qurum olmasına baxmayaraq ilk gündən planlı və məsuliyyətli şəkildə amansız virusa qarşı mübarizəyə başlanıldı. Bütün çətinliklərə baxmayaraq demək olar ki, bütün zənglər cavablandırılır, xəstələrin evdə və yaxud xəstəxanalarda müalicəsi təmin olunur. Ötən müddətdə TƏBİB-in operativliyi minlərlə insanın həyatda qalmasına, virusa qalib gəlməsinə səbəb olub.
Qeyd etdiyimiz kimi son günlər virusun yayılmasında çox ciddi artım müşahidə olunur. TƏBİB əməkdaşları bütün imkanları səfərbər edərək bu çətin günlərdə ölkə vətəndaşlarına lazımi tibbi xidmətin göstərilməsini təmin edirlər. Hətta bəzən TƏBİB məcburən bir neçə qurumun işini görməli olur. Hər halda gördüklərimiz, şahidi olduqlarımız bunu deməyə əsas verir.
Vətən müharibəsi qazisi olan qardaşımızın ailə üzvləri virusa yoluxsalar da, müraciət etdikləri heç bir dövlət qurumundan köməklik göstərilməmişdi. Xatırladım ki, maddi baxımdan çətinlik çəkən qazimizə hər gün vətənpərvərlikdən ağzı köpüklənə-köpüklənə danışanların biri də yaxın durmayıb. Azad olunmuş torpaqlarda şəkil çəkdirib poza verənlər bu vətənin qazilərinə sahib çıxmırlar.![]()
![]()
Məsələdən xəbərdar olan kimi dərhal TƏBİB-in rəhbərliyi ilə əlaqə saxladım, məsələ barəsində məlumatlandırdım. Sağ olsun TƏBİB-in rəhbərliyi, dərhal məsələni nəzarətə götürərək qazi ailəsinin müalicəsini təmin etdi. Artıq onların xüsusi nəzarət altında müalicəsi davam etdirilir.
Göstərdiyi operativliyə görə R.Bayramlıya bir daha təşəkkürümü bildirirəm. O bir daha sübut etdi ki, fəaliyyətinin əsas qayəsi insanlara xidmət etməkdir, görüntü xatirinə pafoslu çıxışlar etmək, fotosesiyalar aparmaq deyil. Məhz onun yüksək peşəkarlığı və məsuliyyəti nəticəsində TƏBİB virusa qarşı mübarizədə dünyanın örnək səhiyyə xidmətlərindən biridir. İnanıram ki, bu sınaqdan da alnı açıq, üzü ağ çıxacağıq. Çünki bizi bu bəladan xilas edəcək TƏBİBimiz var!
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş











