Rusiya fövqəladə hallar nazirinin ölümünün təfərrüatları MƏLUM OLDU

Rusiya fövqəladə hallar nazirinin təlimdə həlak olmasının təfərrüatları məlum olub.
Ziniçev sürüşərək suya düşən operatoru xilas etmək üçün suya atılıb, lakin daşın üzərinə çırpılıb. Operatorun da həlak olduğu bildirib. (apa)
***
Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev təlimlər zamanı həlak olub.
Trend-in məlumatına görə, nazir qurumlararası təlimlər zamanı şəxsin həyatını xilas edərkən həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ordu generalı Y.Ziniçev Norilsk şəhərində arktik zonanın fövqəladə hallardan müdafiəsi ilə bağlı qurumlararası təlimləri zaman şəxsin həyatını xilas etməyə çalışıb.
Əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Y.Ziniçev 2018-ci ildə fövqəladə hallar naziri təyin olunmuşdu.
Rubrika.az
Facebook-da paylaş














