Ziya Məmmədovun şirkəti ilə “Akkord“un məhkəmə çəkişməsi başlayır

Ziya Məmmədovun şirkəti olan "Fortis Group” MMC ilə "Akkord General Construction” MMC arasında məhkəmə çəkişməsi başlayır.
Rubrka.az yenisabah.az-a istinadla xəbər verir ki, iddia ilə bağlı sentyabrın 27-nə hazırlıq iclası təyin edilib.
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılacaq.
Qaldırılan iddia alqı-satqı üzrə mübahisələr barədədir.
"Fortis Group” MMC "Akkord”dan əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus "Gilan Holdinq”i məhkəməyə vermişdi.
Rubrka.az
Facebook-da paylaş









