Bu gün iki qadın güləşçimiz mübarizəyə qoşulacaq
![]()
Norveçin paytaxtı Osloda dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq. 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakina ilə, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larrokla üz-üzə-üzə gələcək.
Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.
Bu gün sərbəst güləşçimiz Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri ilə saat 20:00-da start götürəcək.
Hələlik indiyə qədər Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.
Rubrika.az
Facebook-da paylaş













