Gərginlik böyüyür: Tarixi təhdid - “İlk vurulan ABŞ ordusu olacaq”
![]()
..ABŞ və Çin arasındakı Tayvan gərginliyi günbəgün artır.
Rubrika.az. Teleqraf.com-a istinadən xəbər verir ki, Çin lideri Si Cinpinin “Tayvan mütləq Çinlə birləşəcək” açıqlamasından sonra Pekinin rəsmi media qurumu “Qlobal Tayms”da ABŞ-ın təhdid olunduğu məqalə yayımlanıb.
Məqalədə Tayvan Çinin ərazisi kimi göstərilib və Çin ordusunun bölgədə əməliyyat aparmaq hüququnun olduğu iddia edilib.
Tayvanın yanında olduğu bildirilən ABŞ da hədəfə alınıb:
“Tayvan boğazında müharibə başlayacağı təqdirdə ilk olaraq ABŞ hərbçiləri vurulacaq”.
Məqalədə ABŞ xüsusi təyinatlılarının Tayvana göndərilməsinin Çin ərazisinin işğalı anlamına gələcəyi bildirilib.
“Vaşinqton ABŞ hərbçilərinin həyatını riskə atır”.
Rubrika.az
Facebook-da paylaş










