“Dəyişiklik oldu, yeni anlaşma...” – Fransız səfirdən şok Qarabağ iddiası
![]()
..“Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağla bağlı uzunmüddətli anlaşmanın əldə edilməsi üçün çalışır”.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Fransanın Ermənistanda yeni təyin olunmuş səfiri Ann Luyo deyib.
Səfir müzakirə olunan anlaşmanın təfərrüatları barədə məlumat verməyib, amma ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç ölkənin bu prosesdə iştirak etdiyini bildirib:
“Fransa, Rusiya və ABŞ-la birlikdə Qarabağla bağlı uzunmüddətli anlaşmanın əldə olunması üzərində işləyir. Sizə deyə bilərəm ki, Nyu-Yorkda müəyyən dəyişiklik oldu. ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməkdən məmnunuq.
Bu, kiçik addım kimi görünə bilər, amma çox böyük addımdır”.
Rubrika.az
Facebook-da paylaş






