Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atdı
![]()
..Bakıda yeniyetmə intihara cəhd edib.
Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Rubrika.az
Facebook-da paylaş















