Bu ölkə də Azərbaycanla viza tələbini aradan qaldırdı
![]()
..Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qətərin xarici işlər naziri imzalayıb.
Rubrika.az
Facebook-da paylaş















