Gürcüstanda daha 45 nəfər COVID-19-dan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 009 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 707 290, xəstəlikdən ölənlərin sayı isə 9 918 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 647 878 nəfərin sağaldığı bildirilir.
RUBRİKA.AZ
Facebook-da paylaş









