Təmsilçimiz bu gün Çempionlar Liqasında ilk matçına çıxacaq
![]()
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçimiz "Araz-Naxçıvan” bu gün mübarizəyə başlayır.
Təmsilçimiz ilk oyunda Ukrayna çempionu "Uraqan”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Zədəli olduğuna görə İsaq Surğalı və Rizvan Fərzəliyev komandamıza kömək edə bilməyəcək. "Araz-Naxçıvan"ın itkiləri bununla yekunlaşmır. Hazırda komandanın düşərgəsində olan Xətai Bağırov da bu oyunda meydana çıxa bilməyəcək. O, ilkin mərhələnin "Raba" ilə keçirilən son görüşündə qırmızı vərəqə aldığına görə cəzalıdır.
20.00. Uraqan (Ukrayna) – Araz-Naxçıvan
28 oktyabr. İvano – Frankivsk.
Hakimlər: Josip Barton (Şimali Makedoniya), Dejan Veseliç (Sloveniya), Kristiano Joze Kardoso Santos (Portuqaliya)
Time keeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
RUBRIKA.AZ
Facebook-da paylaş











