Bərdə İcra Hakimiyyətinin yaxınlığında YANĞIN
![]()
Bərdə rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Bərdə Rayon İcra Hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğınsöndürən briqadası cəlb olunub. Ətraf binalardan sakinlər təxliyə edilib.
Yanğın söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş












