Salyan sakininin bank hesabından pul oğurlandı
![]()
..Salyan rayon sakininin bank hesabından pul oğurlanıb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Salyan rayon polis şöbəsinə müraciət edən Kolanı kənd sakini Ə.Cəbiyev oktyabrın 25-də bank hesabından 1000 manat pulunun oğurlanmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










