Çinin xəyali silahı havaya qaldırıldı - Böyük sirr ortaya çıxdı
![]()
..Çin illərlə məxfi saxladığı silahını ortaya çıxarıb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, xəyal silahı adlandırılan Şenyanq FC-31, Y-XY və ya J-35 kimi üç adı var.
Sentyabrdan bəri Tayvanın üzərinə qırıcılar göndərən Çinin xəyal silahına dair böyük sirri ortaya çıxıb.
Tayvan bazar günü elan edib ki, oktyabrın sonuncu günündə Çinə aid 8 hərbi təyyarə onun hava sahəsinə daxil olub. Təyyarələrdən 6 ədədi J-16 qırıcıları olub. Tayvanın sərhədini pozmazdan bir gün əvvəl isə FC-31, Y-XY və ya J-35 adlandırlan xəyali silah havada görüntülənib.
Qeyd edək ki, FC-31 ABŞ xaricindən istehsal olunan ilk xəyali təyyarə layihəsi sayılır. Beşinci nəsil qırıcısı iki motorludur və ABŞ-ın F-36 qırıcılarının eynisi kimi qiymətləndirilir.
Təyyarənin yenilənmiş prototip fotoları Çinin milli sosial şəbəkəsində ilk dəfə 2019-cu ildə yayılsa da təsdiqini tapmamışdı.
Rubrika.az
Facebook-da paylaş


















