Ermənistanın ABŞ-dakı səfirliyində qalmaqal – “Bu, Rusiya və İrana qarşı xüsusi təxribatdır…”

Ermənistanın ABŞ-dakı səfirliyinin rəsmi saytında, eləcə də rəsmi “Facebook” səhifəsində ABŞ-ın Ermənistanın ən mühüm tərəfdaşı olduğu ap-açıq yazılıb.
Rubrika.Az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti məlumat yayıb.
“Deyilir ki, Birləşmiş Ştatlar Ermənistanın əhəmiyyətli tərəfdaşlardan biri yox, ən vacib tərəfdaşıdır. Yəni bizim strateji tərəfdaşımız Rusiya deyil, İran deyil, Gürcüstan və Fransa deyil, məhz ABŞ-dır. Belə qalmaqallı mülahizə, təbii ki, ya səriştəsizliyin nəticəsidir, ya da Rusiya və İrana qarşı xüsusi təxribatdır. Hər iki halda bu, diplomatik qalmaqaldır. Xarici İşlər Nazirliyindəki mənbələrimizin bildirdiyinə görə, saytın idarə olunmasına səfirlik cavabdehdir və bu ifadə səfirlik tərəfindən təqdim edilib” - deyə erməni qəzeti yazır.(moderator.az)
Rubrika.Az
Facebook-da paylaş













