Azərbaycanda dənizlə narkotik göndərmək istəyirdilər: DSX imkan vermədi
![]()
Noyabrın 20-də saat 12:05 radələrində DSX Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.
Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
RUBRİKA.AZ
Facebook-da paylaş














