Dünya çempionuna hökm oxundu

..Narkotik alverində təqsirləndirilən Dünya və Avropa çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Fikrət Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Fikrət Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb.
Rubrika.az
Facebook-da paylaş









