Cahangir Hacıyevə hökm oxundu
![]()
11:06
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Rubrika.az-ın Report-a istinadən xəbərinə görə, görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunur.
***
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Rubrika.az
Facebook-da paylaş














