COVID-19-un ən təhlükəli ştamına yoluxma İspaniyada da qeydə alındı

Ispaniyada koronavirusun ən təhlükəli hesab olunan yeni “omikron” ştamının ilk halı müəyyən edilib. Bu barədə Madriddəki Qreqorio Maranyon Universitetinin xəstəxanası məlumat yayıb.
“Madriddəki Qreqorio Maranyon Xəstəxanasının Mikrobiologiya Xidməti İspaniyada “omikron” ştamının ilk təsdiqini elan edib. Bu, Cənubi Afrikadan olan bir səyahətçidir", - xəstəxananın tviterdəki paylaşımında deyilir. (RİA-Novosti)
Rubrika.az
Facebook-da paylaş














