Tariximizi şərəfləndirən lider
![]()
Onu artıq çoxdan bütün dünya tanıyır. O, ugurlu siyasətinə, liderlik bacarığına, xarizmatik keyfiyyətlərinə görə dünyanın gözü qarşısında daim yüksəkdə, öndədir. İstər daxili, istərsə də xarici siyasətinə, hücum diplomatiyasına görə dünya ictimaiyyəti tərəfindən qəbul edilən, öyrənilən və təqdir olunan bənzərsiz bir liderdir. Praqmatik düşüncə tərzindən, hərtərəfli biliyindən, yüksək intelektindən və nümunəvi rəhbər davranışlarından qaynaqlanan uğurlu fəaliyyəti hər siyasətçi üçün örnəkdir.
Biz hələ ondan çox şeylər öyrənmək üçün xalqımız, dövlətimiz üçün kifayət qədər ugurlu olan liderlik yolunu dərindən araşdırmalı, strategiya və taktikasını incələyərək məmisəməliyik. Şübhəsiz ki, söhbət xalqımızın qüdrətli oglu, müdrik Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevdən gedir.
Ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı kimi 18 ildir ki, müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə cənab İlham Əliyev, ilk gündən vəd etdiyi kimi, hər bir azərbaycanlının prezidenti olmagı ən yüksək səviyyədə gerçəkləşdirib. Bu müddətdə möhtərəm İlham Əliyev bütün dünyada öz xalqını hədsiz dərəcədə sevən və sonsuz bir məhəbbətlə sevilən milli lider kimi tanınıb. Prezident İlham Əliyev siyasi sələfi və atası ulu öndər Heydər Əliyev kimi daim xalqın içində olub, xalqı ilə bir yerdə sevinib, onunla birlikdə kədərlənib.
Ötən 18 ildə ölkənin irili-xırdalı elə bir uğuru və çətinliyi olmayıb ki, dövlət başçısı kimi İlham Əliyevin diqqətindən kənarda qalmış olsun. Hər kəsə və hamıya göstərdiyi qayğı və himayədarlıq ona hər liderə nəsib olmayan ümumxalq rəğbəti qazandırdırıb. Buna görə də xalq onu təkrar-təkrar özünə lider seçib, ətrafında sıx birləşib.
Bütün bunların nəticəsi göz qabagındadır. Azərbaycan Cənubi Qafqazda ən ugurlu dövlət modeli və regionun ən güclü ölkəsi kimi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev beynəlxalq aləmin həyəcan və narahatlıq doğuran bir sıra məsələlərinə həssas münasibəti, dünya birliyinə fəal qoşulması ilə də qlobal siyasi arenanın qəbul etdiyi müdrik və təşəbbüskar siyasət və dövlət xadimi səviyyəsinə yüksəlib.
Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin yaratdığı əsaslar üzərində ölkəmiz iqtisadi yüksəlişə qovuşub. Sosial-iqtisadi tərəqiqi prosesinə yeni yanaşmalar, bu yöndə çevik qərarların qəbulu müstəqil Azərbaycanı tarixinin ən qüdrətli mərhəsəsinə qaldırıb. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə sosialyönümlü siyasət prioret təşkil edir, insan amili cəmiyyətə yanaşmanın ən yüksək meyarıdır. Tarixən qısa zamanda sürətli və davamlı inkişaf həyatın bütün sahələrini əhartə edib. Regional inkişafın dövlət səviyyəsində hədəfə alınması ilə şəhər və rayonlarımız, ən ucqar məntəqələr yeni, müasir görkəm alıb, həyat standartı hər yerdə yüksəlib.
Xalqımızı ən ağrılı problem kimi narahat edən düyünə düşmüş Qarabag münaqişəsinin həlli də Prezdent İlham Əliyevin fəaliyyətində ən önəmli məsələ olub. Lakin həddindən artıq uzun sürən sülh danışıqları bir səmərə vermədiyinə görə Ali Baş Komandan kimi cənab İlham Əliyev münaqişənin hərbi yolla həllinə də böyük diqqət yetirdi. Düşmən ölkənin qeyri-konstruktiv mövqeyi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin son vaxtlar ölkəmizi yeni torpaqların işğalı ilə hədələməsi, məsuliyyətsiz açıqlamaları, nəhayət ötən ilin ortalarında təmas xəttində yeni hərbi təxribatlara gətirib çıxardı.
Lakin bu dəfə düşmən ulu öndərin böyük məharətlə qurduğu və Prezident İlham Əliyevin Qafqazın ən güçlü hərbi qüvvəsi sayılan, müdrik və qətiyyətli Ali Baş Komandanı olan, qeyrəti və döyüşmənliyi ilə dünyanı heyrətə gətirən mobil bir ordu gördü. 44 günlük şərəf müharibəsində düşmən müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti qarşısında sarsıldı və sözün həqiqi mənasında, diz çökdü.
Bir əsr əvvəl Türkiyənin istiqlal savaşında məglub olan düşmən ordusunun generalından soruşulmuşdu: “Axı hər şeyi hesablanmışdı, qalib olmalıydız, niyə uduzdunuz ?”. Bu sualın cavabı belə olmuşdu: “Bəli, hər şey dəqiq hesablanmışdı, bircə Atatürk amilini hesablamamışdıq, faciəmiz bununla başladı”. 44 günlük Vətən savaşında da tarix təkrarlandı, türk soyunun düşmənləri eyni aqibətlə üşləşdilər: Ermənistanın siyasi, hərbi hakimiyyəti də Prezident, Ali Baş Komandan İlham Əliyev amilini gerçəkdən unutmuşdu.
Eynilə bir əsr əvvəlki kimi, yenilməz oldugu iddia olunan düşmən ordusu pərən-pərən oldu. Prezident İlham Əliyevin komandanlıgı altında xalqımızın 30 illik həsrəti bitdi, Qarabağın azad edilməsi ilə Vətən yenidən bütövləşdi. Müzəffər Ali Baş Komandan ikili standartlara pərəstiş edən dünya imperializmi ilə savaşaraq bəşəri ədalətin qələbəsini təmin etdi. Vəziyyət o həddə çatdı ki, düşmən ölkələr Preziden İlham Əliyevə həsəd apardı, özlərinə belə qətiyyətli lider arzuladılar.
Bütün bu deyilənlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyev taleyin və tarixin Azərbaycana bəxş etdiyi misilsiz bir düşüncə və iradə sahibi, tükənməz liderlik sərvətidir. Biz xoşbəxt xalqıq. Xoşbəxtik ona görə ki, İlham Əliyevlə bir cəmiyyətdə, onun liderliyi ilə yaşayırıq. Bu xalq öz qalib lideri İlham Əliyevlə yenilməzdir. Müzəffər rəhbər İlham Əliyev də onun ətrafında sıx birləşmiş xalqı ilə güclüdür.
Prezident İlham Əliyevin xalqımıza qazandırdığı zəfər və şərəf tarixi indiki nəsillərə Vətəni necə sevməyi, onu necə qorumagı öyrədir. Bu sevgi Azərbaycanı yeni zəfərləri ilə xoşbəxt insanlar ölkəsinə çevirir.
Bu tarixi nailiyyətin müəllifi kimi cənab Prezident İlham Əliyev hər birimizin qüruru, sevinci və istinad nöqtəsidir. Ona şükranlıgımız, böyük mükafatınız ümumxalq sevgisi və alqışıdır.
Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini,
YAP İdarə Heyətinin üzvü
Facebook-da paylaş












